29 dekabr 2011 - 20:30

Şeyx Mənsurun oğlunun evin qarşısında saxladığı avtomobil də həmçinin gülləbaran edilib.

Əhli Beyt -ABNA- xəbər agentliyinin verdiyi xəbərə əsasən: Səudiyyə Ərəbistanından verilən məlumata görə, bazar ertəsindən çərşənbə axşamına keçən gecə Qətif alimlərindən olan Şeyx Mənsur ət-Tahirin evi naməlum şəxslər tərəfindən atəşə tutulub.

Şeyx Mənsurun oğlunun evin qarşısında saxladığı avtomobil də həmçinin gülləbaran edilib. Xoşbəxtlikdən nə Şeyx nə də ailəsi xəsarət almayıblar.

Hadisə yerinə gələn polis cinayətkarların axtarılması üçün əllərindən gələni edəcəklərini bildirsələr də, Qətif camaatı Şeyx Mənsurun evinin gülləbaran edilməsini rejim tərəfindən alimlərə qarşı bir təhdid olduğunu bildiriblər.

 

 

Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır