24 dekabr 2011 - 20:30

Kəklikotundan kulinariyada (xüsusilə də, konservləşdirmədə), həmçinin kosmetika və əczaçılıq sənayesində geniş istifadə olunur.

Hündürlüyü 20 sm-dən 35 sm-ə qədərdir. 400-ə qədər növü var. Kəklikotunun yaşıl yerüstü hissəsini bitki çiçəklədikdə və ya ondan əvvəl yığırlar. Kəklikotundan kulinariyada (xüsusilə də, konservləşdirmədə), həmçinin kosmetika və əczaçılıq sənayesində geniş istifadə olunur. Kəklikotunun ən geniş istifadə olunduğu sahələrdən biri də tibbdir.

Kəklikotunun bir çox faydaları vardır.

1-    Sakitləşdirici təsirə malikdir.

2-    İmmuniteti artırır.

3-    Soyuqdəyməyə qarşı faydalıdır.

4-    Mədə-bağırsaq xəstəliklərinin müalicəsində istifadə olunur.

5-    İştahanı yaxşılaşdırır.

6-    Həzmə kömək edir.

7-    Mədə-bağırsaqları və ciyərləri təmizləyir.

8-    Ağciyər xəstəliklərinə qarşı faydalıdır.

9-    Bağırsaq qurdlarını salır.

10- Ən yaxşı ağrıkəsicidir.

11- Revmatizmanın müalicəsinə kömək edir.

12- Öskürəyi kəsir.

13- Qripə qarşı faydalıdır.

14- Bəlğəmgətirici təsirə malikdir.

15- Spazmalara qarşı təsirlidir.

16- Diş ağrısını aradan qaldırır.

17- Damaqları möhkəmləndirir.

18- Yaraların sağalmasına kömək edir.

19- Şəkər xəstəliyinə qarşı faydalıdır.

20- Stresa qarşı faydalıdır.

21- Yuxusuzluğu aradan qaldırır.

22- Qan dövranını nizamlayır.

23- Qanazlığını aradan qaldırır.

24- Xərçəngə qarşı faydalıdır.

 

Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır