Əhli Beyt -ABNA- xəbər agentliyinin verdiyi xəbərə əsasən: Artıq bir neçə gündür ki, Avropalılar növbəti səlib yürüşünə keçərək Demokratiyanın Anası kimi qələmə verilən Fransada qondarma erməni soyqırımını tanımağa və bu qondarma soyqırımını təkzib edənlərə dahada şiddətli cəza verməyi nəzərdə tutmaq əzmindədirlər.
Bu əfəngiyata qarşı bir çox təşkilatlar etiraz etmişlər. Belə ki, mərkəzi qərargahı Parisdə olan “Sərhədsiz reportyorlar” beynəlxalq media təşkilatı da Fransa Senatının “erməni soyqırımı”nı inkara görə cinayət məsuliyyəti nəzərdə tutan qanun qəbul etmək təşəbbüsünü pisləyib.
Qanun layihəsinə əsasən, “erməni soyqırımı”nı inkar edənlər cinayət məsuliyyətinə cəlb olunaraq 45 min avro cərimə və ya bir il müddətinə azadlıqdan məhrumetmə ilə cəzalandırılacaq.
“Sərhədsiz reportyorlar”ın nümayəndəsi Yohan Birin “Turan” agentliyinə deyib ki, hələ mayda - qanun layihəsi yenicə müzakirəyə çıxarılanda təşkilat bəyanat verərək bu addımın yolverilməz olduğunu vurğulayıb: “Bu layihə vətəndaşların şəxsi azadlığını şübhə altına alır. Soyqırımının inkarına aid digər qanunlar kimi o da ifadə və fikir azadlığının müdafiəsi prinsipini pozur. Tarixə baş vurmaq yerinə Senat dialoq qurulması haqqında düşünməli idi”.
Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır