8 dekabr 2011 - 20:30

1 nəfər şəhid olub 17 adam yaralanıb

Əhli Beyt -ABNA- xəbər agentliyinin verdiyi xəbərə əsasən :İsrail təyyarələri bu gün səhər erkən saatlarda Qəzzanın müxtəlif yerlərinə etdiyi hücumlar nəticəsində bir adam şəhid olub və əksəriyyəti eyni ailədən olan 17 adam yaralanıb.Xəbərə görə, İsrail təyyarələrinin hədəfindəki nöqtəyə bitişik evdə bir adamın şəhid olub, 12 nəfər yaralanıb.Yerli qaynaqlar isə, təyyarələrin bu gün səhər erkən saatlarda Qəzzadakı Şəhid İmad Əbu Kadus və Əbdüləziz ər-Rantisi mərkəzlərinə ən az üç hücum təşkil etdiyini bildirir.

 

Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır