Əhli Beyt -ABNA- xəbər agentliyinin verdiyi xəbərə əsasən: Elçin Manafov hadisəni bu cür danışdı :“Dünən İslam Partiyasının lideri Mövsüm Səmədovun və həbsdə olan digər islamçıların apellyasiya məhkəməsində iştirak edirdim. Həmin Məhkəmədə olan vaxt Nəsimi Rayon Polis İdarəsinin əməkdaşları məni axtarmaq üçün evimə və uşaqlarımın bağçasına gediblər və oradan mobil telefonumun nömrəsini əldə ediblər. Məhkəmə binasında olduğum vaxt zəng gəldi ki, bəs sizi Nəsimi Rayon Polis İdarəsinin təyin olunmuş yeni rəisi görmək istəyir. Mən məhkəmə polis idarəsində olduğumu və sonra gələ biləcəyimi söylədim. Lakin onlar mənim arxamca polis məhkəməyə gəlib, məni polis idarəsinə apardılar”.
Elçin Manafov polis idarəsində onu rəis müavini Süleyman Nemətov tərəfindən sual-cavab olunduğunu bildirdi. “Polis bölməsində olduğum müddətdə Nemət Süleymanov mənimlə çox kobud və qanunsuz rəftar edirdi. Lakin xəbərdarlığımda sonra bir az rəftarını dəyişdi. O, məni aidiyyatı olmayan bir neçə şeydə ittiham etdi. Dedi ki, nədir yenə şuluq salırsınız. Süleyman Nemətov məni adamları Aşurada zəncir vurmağa çağırmaqda ittiham etdi. Halbuki belə bir iddia tam absurddur. Polis bölməsində bir neçə saat mənasız yerə saxlandım. Mən oturmuşdum polis əməkdaşlarıda kompyuterlə məşğul olurdular. Polis əməkdaşlarından soruşanda ki, məni burada niyə saxlayırsız? Onlar cavabımda rəis belə istəyir, özü nə vaxt istədə onda buraxacaq. Nəhayət iki saat saxladıqdan sonra məni buraxdılar. Mən qanunsuz saxlanmağıma etiraz edəndə, polis əməkdaşları söylədilər ki, tez çıx get rəisin xoş vaxtına düşmüsən, yoxsa əsəbləşsə sənə həbs verə bilər. Məgər rəis öz başınadır ki, heç bir əsas olmadan mənə həbs versin. Mən bunu qanunsuzluq və siyasi fəaliyyətimə görə təzyiq hesab edirəm.
Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır