Əhli Beyt -ABNA- xəbər agentliyinin verdiyi xəbərə əsasən: AXCP mətbuat xidmətindan daxil olan bəyanatda bildirilir ki, bütün bu qiymət artımları içərisində vətəndaşlarımızın daha çox önəm verdiyi və ictimai nəqliyyat növü kimi istifadəçisi olduğu metropolitendə qiymətlərin 30% artmasıdır: “Çünki bu daha çox əhali qruplarını olduqca çətin vəziyyətə salacaq. Belə ki, daha çox metropoliten xidmətindən istifadə edənlərin əlavə olaraq xərclərinin artmasına və sosial baxımdan müdafiəsi zəif olan təbəqənin maraqlarına ciddi zərbə hesab edir. Neftlə zəngin məmləkətin və böyük maliyyə imkanları olan ölkənin vətəndaşlarına hökumətin bu “qayğısı” daimi dövlət başçısı səviyyəsində səslənən bənatlarla ziddiyyət təşkil edir. Daimi olaraq büdcənin sosialyönümlü olması ilə fəxarət duyan hökumətin bu addımı sosial-iqtisadi vəziyyəti günü-gündən ağırlaşan vətəndaşlarımızın həyatına olan biganə münasibətinin ifadəsidir.
AXCP hökumətin bu addımın şiddətlə qınayır və vətəndaşlarımıza isə belə iqtisadi baxımdan əsaslandırılmayan qərarlara etiraz etməyə çağırır.”
Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır