27 noyabr 2011 - 20:30

ABŞ İranın raket təhdidini Avropa qitəsində özünün Raket Əleyhinə Müdafiə sistemini yerləşdirmək üçün bəhanə qərar verib.

Əhli Beyt -ABNA- xəbər agentliyinin verdiyi xəbərə əsasən: Rusiyanın Şimali Atlantika bloku NATO-dakı təmsilçisi deyib: ABŞ İranın raket təhdidini Avropa qitəsində özünün Raket Əleyhinə Müdafiə sistemini yerləşdirmək üçün bəhanə qərar verib.

Dmitriy Roqozin şənbə günü gecə (26 noyabr) Rusiyanın dövlət televiziyasının ikinci kanalına verdiyi müsahibəsində qeyd edib: ABŞ Rusiyanın strateji müdafiə qabiliyyətini zəiflətmək məqsədi ilə Avropa məkanında özünün RƏM sistemini yerləşdirir.

Roqozinin sözlərinə görə, ABŞ-ın Avropa məkanında özünün RƏM sistemini yerləşdirmək bəhanəsi ilə İranın raket sistemini ona qarşı təhdid kimi qələmə verməsi ağ yalan və əsassız iddiadır. "İran Polşanı hədəfə ala biləcək raketlərə malik deyil, halbuki ABŞ İranın raket sistemi və ona qarşı mübarizəni bəhanə edərək istiqamətləndirci raketlər bazası və RƏM sistemi yaradır." deyə Roqozin sözlərinə əlavə edib.

Rusiyanın Şimali Atlantika bloku NATO-dakı təmsilçisi müsahibəsinin davamında deyib: ABŞ-ın Polşa və Rumıniyada yerləşdiyi raketləri elə texniki nişanə və göstəricilərə malikdir ki, təkcə İran deyil, Rusiya raketlərinin istiqamətini də hədəfə ala bilərlər.

"ABŞ-ın RƏM sistemi ilə bağlı səyləri nəticəsiz qalacaq, çünki Rusiyanın qarşılıqlı addımları var və modern silahları da az deyil." -deyə Roqozin sözlərini tamamlayıb.

Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır