27 noyabr 2011 - 20:30

“ABŞ İrana hücum edərsə, müharibənin nə demək olduğunu onlara başa salacağıq”.

Əhli Beyt -ABNA- xəbər agentliyinin verdiyi xəbərə əsasən:

Bunu noyabrın 27-də İranın müdafiə naziri, general Əhməd Vəhidi jurnalistlərə açıqlamasında bildirib.

Əhli Beyt -ABNA- xəbər agentliyinin verdiyi xəbərə əsasən: Onun sözlərinə görə, ABŞ İranla müharibəyə davam gətirə bilməyəcək: “Biz ABŞ-ın hərbi gəmilərini dənizlərə qərq edəcəyik”.

General İsrailə də xəbərdarlıq etməyi unutmayıb: “Əgər İsrail İranla müharibəyə girişməyə hazırlaşırsa, fikrindən dönsün. Savaş başlayarsa, raket atəşinə tutulacaqlar”

 

Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır