Əhlİ Beyt -ABNA- xəbər agentlİyİnİn verdİyİ xəbərə əsasən: ABŞ Mərkəzi Kəşfiyyat İdarəsi (CIA) Yaxın Şərqdə ağır zərbə alıb. Belə ki, Livan və İranda CIA üçün işləyən iki casusluq şəbəkəsi çökdürülüb.
Verilən məlumatlara görə, Livandakı şəbəkə “Hizbullah”, İrandakı şəbəkə isə Tehranın nüvə proqramı əleyhinə işləyirmiş.
“Pizza” şifrəsini istifadə edən CIA agentləriylə “Pizza Hut” restoranlarında görüşən casuslar mobil telefonlarının dinlənilməsi nəticəsində ələ keçiriliblər. Livanda “Hizbullah”ın hər zaman konkret bir yerdən qısa müddətə istifadə edilən mobil telefonlar diqqətini çəkib. Bu mobil telefonları nəzarət altına alan “Hizbullah”ın kəşfiyyat şöbəsi casus və informantları ələ keçirib. “Hizbullah”ın ələ keçirdiyi casusların sayı 12 nəfərdir.
Müşahidəçilər CIA-nın bu uğursuzluğunu Livanda casusluq fəaliyyətini təxirə salması və qurumun gələcəkdə işçi tapmaqda problemlərlə qarşılaşacağı kimi şərh ediblər.
Dİqqət: Xəbərdən İstİfadə etdİkdə mənbəyə İstİnad lazımdır