Əhli Beyt -ABNA- xəbər agentliyinin verdiyi xəbərə əsasən: Vəkil Anar Qasımlı 2011-ci ilin avqust ayında MTN cinayətkarlarının zorla saxladığı, barələrində həbs qətimkan tədbiri seçilmiş şəxslərin işindən danışarkən belə deyib: “MTN-in istintaq təcridxanasında saxlanılan Azərbaycan İslam Partiyasının sədr müavini Arif Qəniyevlə bağlı hazırda heç bir istintaq hərəkəti aparılmır. Biz hərdən görüşürük. Hüquqlarını müdafiə etdiyim ilahiyyatçı Abgül Süleymanovun dindirilməsi isə davam edir. Noyabrın 10-da istintaq hərəkətinin aparılmasına dəvət edilmişəm”.
Vəkil əlavə olaraq bildirib ki, Abgül Süleymanova yeni ittihamların irəli sürülməsi gözləniləndir: “Dindirmənin, aparılan istintaq hərəkətlərinin tempi belə deməyə əsas verir. İstisna deyil ki, Abgül Süleymanova yeni maddə ilə ittiham verilsin”.
Qeyd edək ki, 2011-ci ilin avqust ayında əliyevlər cinayətkarları tərəfindən zorla həbs olunan Arif Qəniyev Cinayət Məcəlləsinin 228.1 (Qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini, döyüş sursatı (yivsiz odlu ov silahı və həmin silah üçün döyüş sursatı istisna olmaqla), partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və ya gəzdirmə) və 234.1-ci (Satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə və ya saxlama) maddələri ilə şərlənərək ittiham olunur.
Eyni vaxtda rejim cinayətkarları tərəfindən zorla saxlanılan ruhani Abgül Süleymanova 234.4.3-cü maddə ilə (Qanunsuz olaraq külli miqdarda narkotik vasitələri, psixotrop maddələri və ya prekursorları hazırlama, istehsal etmə, əldə etmə, saxlama, daşıma, göndərmə və ya satma) şərr yaxılaraq ittiham verilib. O, Cinayət Məcəlləsinin 228.1-ci maddəsi ilə də (Qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini, döyüş sursatı (yivsiz odlu ov silahı və həmin silah üçün döyüş sursatı istisna olmaqla), partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və ya gəzdirmə) şərlənərək günahlandırılır.
Oktyabrın 9-da məhkəmə hər iki şəxs barəsində həbs qətimkan tədbirinin uzadılmasına qərar verib.
Mövcud rejimin apellyasiya məhkəməsi qərarın ləğvi barədə şikayətləri təmin etməyib.
Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır