9 noyabr 2011 - 20:30

Noyabrın 17-də Bakı Apellyasiya Məhkəməsində başlayacaq prosesə hakim Həsən Əhmədov sədrlik edəcək.

Əhli Beyt -ABNA- xəbər agentliyinin verdiyi xəbərə əsasən: Ötən ay əliyevlər rejimi tərəfindən şərlənərək məhkum olunmuş islamçı vətəndaşların işi üzrə apellyasiya baxışı təyin edilib. Noyabrın 17-də Bakı Apellyasiya Məhkəməsində başlayacaq prosesə hakim Həsən Əhmədov sədrlik edəcək.

Apellyasiya şikayətində işə tam həcmdə məhkəmə istintaqı keçirilməklə və islamçıların iştirakı təmin olunmaqla baxılması, islamçıların təqsirsizliyinə dair bəraət hökmü çıxarılması xahiş olunub.

Vəkil Anar Qasımlı bildirib ki, noyabrın 12-də o, Bakı İstintaq Təcridxanasında müvəkkilləri Mövsüm Səmədov, Vaqif Abdullayev və Rufulla Axundzadə ilə görüşəcək.

Qeyd edək ki, Oktyabrın 7-də Bakı Ağır Cinayətlər Məhkəməsi əliyevlər rejiminin sifarişi ilə  Azərbaycan İslam Partiyasının lideri Mövsüm Səmədovun 12 il, partiyanın sədr müavini Vaqif Abdullayevin 11 il, Masallı ruhanisi Fəramiz Abbasovun 11 il, partiyanın Astara rayon təşkilatının sədri Rufulla Axundzadənin 11 il 6 ay, Mövsüm Səmədovun qayını Firdovsi Məmmədrzayev, əmisi oğlu Dəyanət Səmədovun isə hər birinin 10 il müddətinə həbs verilməsinə dair ədalətsiz hökm çıxarıb. İlahiyyatçı alim Zülfüqar Mikayılzadə 5 il sınaq müddəti tətbiq olunmaqla 11 il şərti həbs cəzasına məhkum edilib.

Rejim tərəfindən təqsirləndirilən şəxslər Cinayət Məcəlləsinin 214.2.1 (Qabaqcadan əlbir olan bir qrup şəxs, mütəşəkkil dəstə və ya cinayətkar birlik (cinayətkar təşkilat) tərəfindən cinayətə hazırlıq); 214.2.3 (Odlu silahdan və silah qismində istifadə olunan predmetlərdən istifadə etməklə cinayətə hazırlıq); 228.3 (Qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini, döyüş sursatı (yivsiz odlu ov silahı və həmin silah üçün döyüş sursatı istisna olmaqla), partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və ya gəzdirmə); 278-ci (Hakimiyyəti zorla ələ keçirmə və ya onu zorla saxlama) maddələri ilə şərlənərək ittiham olunublar.

Rufulla Axundzadə əlavə olaraq Cinayət Məcəlləsinin 283.1-ci (Milli, irqi, sosial və ya dini nifrət və düşmənçiliyin salınmasına, milli ləyaqətin alçaldılmasına, habelə milli, irqi və ya dini mənsubiyyətindən asılı olaraq vətəndaşların hüquqlarının məhdudlaşdırılmasına və ya üstünlüklərinin müəyyən edilməsinə yönələn hərəkətlər, aşkar surətdə və ya kütləvi informasiya vasitələrindən istifadə olunmaqla törədildikdə) maddəsi ilə də şərlənərək ittiham olunub.

 

Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır