Əhli Beyt -ABNA- xəbər agentliyinin verdiyi xəbərə əsasən: Səudiyyə Ərəbistanı polisi kanadalı tanınmış Əhli-Beyt (ə) ardıcılı olan ruhanini nüqəddəs Mədinə şəhərində həbs edib. (abna)
Mərkəzi Londonda yerləşən İnsan Haqları Komissiyasının məlumatına əsasən, şeyx Üsamə əl-Əttar Peyğəmbər (s) məscidində dini polis tərəfindən həbs edilib.
Şeyxi müşayiət edən şahidin bildirdiyinə əsasən, ruhani həbs edilərkən döyülüb və hətta şeyxdən qan axıb. Verilən məlumatlara görə, Əl-Əttara qarşı hətta ittiham irəli sürüləcək.
Şeyxin həbsindən sonra dünyanın müxtəlif yerlərindən gəlmiş zəvvarlar şam yandıraraq, etiraz aksiyası keçirib. Amma bu etiraz aksiyası da Səudiyyə polisi tərəfindən dağıdılıb.
Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır