30 oktyabr 2011 - 20:30

Masazırdakı əxlaqsız yuvaları əliyevlərə məxsus olduğundan yerli Hüquq Mühafizə orqanları bu işə biganə qalırlar.

Əhli Beyt -ABNA- xəbər agentliyinin verdiyi xəbərə əsasən: Azərbaycanda 20 ilə yaxındır ki, heç bir əxlaq normativlərinə sığmayan siyasətlər yürüdülür. Belə ki, 90-cı illərin ortalarından başlayaraq, sosial problemlər ucbatından ailəsini aclıqdan xilas etmək məqsədi ilə dünyanın istənilən nöqtəsinə səfər edib oradan ruzi gətirməkə hazır olan namuslu Azərbaycan qadınlarıni aldadaraq, müxtəlif bəhanələr ilə Dubaya, Türkiyəyə çörək qazanmaq adı altında aparıb milli və mənəvi dəyərlərə yaraşmayan POZĞUNÇULUQA vadar etimişlər. Xüsusi ilə də Bakıda Qumarxanalar və Fahişəxanalar sanki göbələk kimi hər yerdə peyda oldu. “Aclıq Olsun Kef Olsun” şüarı altında Azərbaycanın daxilində də cavan qız və oğlanları əxlaqsızlıqlara sövq etdirirdilər.

Məsələ kritik həddə çatdığı an Əliyevlər rejimi sanki “Mehriban Feya” təkin meydana atılaraq qumar xanaları və pozğun xanaların bağlanmasına göstəriş verildi. Nəticədə Əliyevlər Rejiminin nəzarətində olmayan xırda qumarxana və fahişə xanalar bağlanıldı. Əsas və populiyar əxlaqsız mərkəzləri isə hələdə çirkin fəaliyyətlərinə davam etdirməkdədir. Xalqın harayına çatası bir kəs yoxdur!

Abşeron rayonunun Masazır qəsəbəsinin sakinləri məhz belə dərdlər ilə rastlaşmış vətəndaşların bir qismidir. Masazır qəsəbəsinin sakinləri tərəfindən bildirilir ki, qəsəbədə iki əxlaqsızlıq yuvası fəaliyyət göstərir. “Bunlar bir-biri ilə üzbəüz yerləşən "Romi" və "Göyçə" otelləridir. Həmin otellər faktiki olaraq əxlaqsızlıq yuvasına çevrilib”- deyə sakinlər bildiriblər.

Qəsəbənin içində, hər kəsin gözü önündə əxlaqsız yuvalarının fəaliyyət göstərməsini özlərinə və ailələrinə qarşı təhqir kimi dəyərləndirən Masazır camaatı dəfələrlə bu əxlaqsızlıq yuvalarının bağlanması ilə əlaqədar olaraq yerli hüquq-mühafizə orqanlarına müraciət ediblər, amma nə yazıq ki, faydası yoxdur.

«Ya bu rüsvayçılıq ən qısa zamanda aradan qaldırılmalı, ya da Masazırda bir müddət əvvəl Batamdarda əxlaqsızlıqla məşğul olan kafelərə qarşı baş qaldıran qiyamdan daha böyük qiyam baş verəcək», deyə şikayətçilər PİA.AZ-a bildirdilər.

Qeyd edək ki, burada ilginc bir detal var. Belə ki, yerli sakinlər "Romi" və "Göyçə"nin əxlaqsızlıq yuvası kimi işinə son qoyulması üçün yerli hüquq-mühafizə orqanlarına müraciətlərinin nəticəsiz qalmasını onların məhz polis strukturu tərəfindən himayə edilməsidir.

Bəzi Politoloqların fikrincə isə Müsəlman Azərbaycan Xalqının qeyrət və namusuna yaraşmayan belə çirkin siyasətlərin pərdə arxasında bəzi tayfaların daxilində olan mövcud oxşar eybləri ört-bastır etməsidir.

Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır