Bu günlərdə bizə çatan mötəbər xəbərə görə ölkdə islamçılara qarşı represiyaların qurbanlarından biri olmuş Lənkəran sakini, mübariz din xadimi Höccətül-İslam Hacı Qismət İsayev iqtidarın şər və böhtan kampaniyası ilə nahaqdan, sifarişli məhkəmə vasitəsi ilə həbs müddətini şərəflə başa vurumuşdur.
Ömrünün bir ildən çox müddətini, haqqı, hicabı və İslamı müdafiə etdiyinə görə fitnə və şərlənərək zindanda keçirmiş bu əziz mübariz alim qardaşımıza bu müddətdəki səbrinə, dözümünə və təbii ki, zindana görə Allah-Taalanın ona verdiyi əzəmətli mükafata görə mübariz alim qardaşımzı təbrik edir və ona həyatda həmişə daha da mübariz, haqq aşiqi və daha çox elmli olmağı arzulayırıq!
Allah-Taaladan tezliklə, bütün represiya qurbanlarının şərəflə azadlığa çıxmasını istəyirik.Ümidvarıq ki, Allah yanında ən böyük mükafata layiq olan bu zindan müddəti alim qardaşımızın dində və İslamda daha da möhkəm olmasına səbəb olacaqdır.
Müdaifə Komitəsi bir daha iqtidarın nəzərinə çatdırır ki, ölkdə şər və böhtan kampaniyası ilə həbs olunmuş mübariz din xadimlərimiz, möminlər və azadlıq sevərlərin hamısının müsəlman xalq və Allah-Taalanın yanında böyük məqama malikdirlər. Ona görə də nə qədər ki, gec deyil vətənin qeyrətli və mübariz cavanlarını tezliklə zindan həyatından şərəflə azad olunmalarını tələb edirik!
Müdafiə komitəsi mətbuatı