Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır
Məhkəmə noyabrın 18-i saat 11.00-da davam edəcək.
Daha sonra təqsirləndirilən şəxslər və bir nəfər şahid ifadə verib. Hacı Taleh Bağırov ona qarşı qaldırılmış ittihamın aydın olmadığını deyib, cinayət işinin əsassız olduğunu vurğulayıb.
Hacı Taleh Bağırovun vəkili Anar Qasımlı verdiyi açıqlamada deyib ki, prosesdə hakim Turqay Hüseynovun sədrliyinə etiraz vəsatəti qaldırıb: “Turqay Hüseynov Taleh Bağırova 15 sutka inzibati həbs cəzası çıxaran hakimdir. Onun hüquqlarını müdafiə etdiyim şəxsə bəraət vermək imkanı yoxdur. Çünki bu hakim artıq hicab işi üzrə Taleh Bağırovu təqsirli bilib. Vəsatəti qaldırdım, bundan sonra hakim yarım saatlıq müşavirə elan etdi. Qaıytdıqdan sonra vəsatəti əsassız hesab edərək baxılmamış saxladı”.
Hər iki şəxs əliyevlər rejimi tərfindən Cinayət Məcəlləsinin 221.2-ci (Bir qrup şəxs tərəfindən xuliqanlıq) və 233-cü (İctimai qaydanın pozulmasına səbəb olan hərəkətləri təşkil etmə və ya bu cür hərəkətlərdə fəal iştirak etmə) maddələri ilə həyasızcasına ŞƏRLƏNƏRƏK ittiham olunurlar.
Əhli Beyt -ABNA- xəbər agentliyinin verdiyi xəbərə əsasən: Oktyabrın 28-də Nərimanov Rayon Məhkəməsində mayın 6-da Bakıda keçirilmiş “Hicaba azadlıq” aksiyasına görə həbs olunan ilahiyyatçı Taleh Bağırov və dindar Elşən Abbasovun mühakiməsi başlayıb.