Əhli Beyt -ABNA- xəbər agentliyinin verdiyi xəbərə əsasən: Bu gecə hüzünlə dolu gecələrdən biridir. Bu gecə Bəşər və Cin tafalarının doqquzuncu İmamı, İmam Muhəmməd Təqinin (əleyhis səlam) şəhadət gecəsidir. Biz ABNA olaraq bu hüznü ilk öncə Zamanın Sahibi İmam Məhdi (Allah onun zühurunu tezləşdirsin), o həzrətin haqq naibi İmam Xamneyi və ümum dünya müsəlmanları ilə bölüşməki özümüzə borc bilirik.
Mövzu ilə bağlı ziyarətçilərimizin hüzuruna İmam barəsində sil-siləvari qısa anlayış veririk
İmam Məhəmməd Təqinin (ə) həyatı barədə qısa məlumat
Məhəmməd ibn Əli ət-Təqi
Şiələrin 9-cu imamı
818 — 835
Sələfi: İmam Rza
Xələfi: İmam Nəqi
Dini: İslam
Təvəllüdü: 811-ci il Mədinə
Vəfatı: 835-ci il Bağdad
Kazimeyn, İraq
Atası: Əli ibn Musa
Uşaqları: oğulu: Əli
İmam Cavadın (ə) şəhadəti
Onun künyəsi Əbu Cəfər, ləqəbi Təqi və Cavad olmuş, hicrətin yüz doxsan beşinci ilində Mədinə şəhərində anadan olmuşdur. Peyğəmbərin həyat yoldaşı olmuş Mariya Qibtiyyənin nəslindən hesab olunan Səbikə xanım əxlaqi dəyərlər baxımından yüksək mərtəbədə durur və öz dövrünün qadınlarının ən üstünü hesab olunurdu. Belə ki, İmam Riza (ə) o xanımı pak,nəcabətli və fəzilətli bir qadın kimi yad edirdi.
İmam Cavadın (ə) atası vəfat edərkən təxminən səkkiz yaşı olmuş, iyirmi beş yaşında olarkən şəhadətə yetişmiş və Bağdadın Qüreyş qəbristanlığında babası İmam Kazimin (ə) məzarının yanında dəfn olunmuşdur.
Hicrətin iki yüz on səkkizinci ilində Məmun vəfat edir. Ondan sonra qardaşı Mötəsim xəlifə olur. O, İmam Cavadı (ə) öz nəzarəti altında saxlamaq məqsədi ilə hicrətin iki yüz iyirminci ilində o Həzrəti Mədinədən Bağdada gətizdirir. İmam (ə) Bağdada gəldikdən sonra Mötəsimin, oğrunun əlinin haradan kəsilməsi barədə təşkil etdiyi məclisdə iştirak etmişdi. Həmin məclisdə Bağdad qazısı (İbn Əbu Duad) və başqaları (səhv fətva verdiklərinə görə) rüsvay olmuş, bundan bir neçə gün sonra İbn Əbu Duad həsəd və paxıllığı nəticəsində xəlifənin hüzuruna gəlib demişdir: “Mən xeyirxahlıq məqsədi ilə sənə xəbərdarlıq edirəm ki, bir neçə gün bundan qabaq baş vermiş hadisə sənin hökumətinin xeyrinə deyil. Çünki sən bütün hökumət alimləri və yüksək rütbəli nümayəndələrin hüzurunda (İmam) Cavadın (ə) verdiyi fətvanı başqalarının fətvasından üstün tutdun. Halbuki, müsəlmanların yarısı onu əsl xəlifə, səni isə onun haqqını qəsb etmiş bilirlər. Bu xəbər bütün camaat arasında yayılaraq onun haqq olduğuna qəti bir sübut olmuşdur.”
Qəlbində İmam Cavada (ə) qarşı düşmənçilik kin-küdurəti bəsləyən Mötəsim onun sözlərindən bərk narahat olaraq İmamı (ə) öldürmək fikrinə düşdü. Nəhayət, o, öz çirkin məqsədini həyata keçirib İmam Cavadı (ə) vəzirlərindən birinin katibi vasitəsilə zəhərləyib şəhid edir. İmam Cavad (ə) şəhid olarkən mübarək ömründən cəmi iyirmi beş il və bir neçə ay keçmişdi.
Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır