Əhli Beyt -ABNA- xəbər agentliyinin verdiyi xəbərə əsasən: Ötən həftə Müqəddəs Qum şəhərində, Əzəm Məscidində Elmi Leksiyasına başlamazdan öncə, Ayətullah Nasir Məkarim Şirazi Azərbaycan məmurlarına xoşməramlı nəsihətlər etmişdir. http://www.abna.ir/data.asp?lang=13&id=273261
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi sədrinin müavini Gündüz İsmayılovun fikrincə, Ayətullah Məkarim Şirazinin Azərbaycanda dini durumla bağlı fikirləri əsassız və qərəzli olduğun iddia edib.
“Azərbaycan dünyəvi dövlətdir və dünyəvi qanunlarla idarə olunur. Bu ona görədir ki, din siyasiləşməsin, müqəddəsliyini, azadlığını və paklığını qoruyub saxlasın. Eyni zamanda heç kim başqa ölkələrin dövlət-din münasibətlərini Azərbaycana ixrac etmək fikrinə düşməməlidir”, deyə komitə sədrinin müavini bidirib.
Göründüyü kimi Gündüz İsmayılov “Azərbaycan dünyəvi dövlətdir və dünyəvi qanunlarla idarə olunur. Bu ona görədir ki, din siyasiləşməsin, müqəddəsliyini, azadlığını və paklığını qoruyub saxlasın” ifadəsini işlətməklə dünyəvi siyasətin və siyasətçilərin hammısının oğru, tülüngü, istibdadçı, nankor, şərr və napak olduğuna etiraf edir.
“Eyni zamanda heç kim başqa ölkələrin dövlət-din münasibətlərini Azərbaycana ixrac etmək fikrinə düşməməlidir” ifadəsində isə “İlahi Hökümlərin” müəyyən bir sərhəddə məhdudlaşdırmışdır.
Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır