22 oktyabr 2011 - 20:30

Saxlanılanlar 2006-cı ildə Samirə şəhərində Əskəriyyə məqbərəsinin partladılmasına oxşar terror aktı törətməklə İraqda məzhəb qarşıdurması yaratmaq niyyətdə olublar.

Əhli Beyt -ABNA- xəbər agentliyinin verdiyi xəbərə əsasən: Keçən həftə terrorizmlə mübarizə xidməti Bağdadda 3 terrorist qruplaşmasını tərksilah edərək 100-dən artıq üzvünü həbs etmişdir ki, həmin qruplaşmalar əmrlərini əl-Qaidədən alırmışlar.

İraqın əl-Həyat qəzetinin bildirdiyinə görə, saxlanılanlar 2006-cı ildə Samirə şəhərində Əskəriyyə məqbərəsinin partladılmasına oxşar terror aktı törətməklə İraqda məzhəb qarşıdurması yaratmaq niyyətdə olublar.

Terrorizmlə mübarizə xidmətinin əməkdaşı isə qəzetə bildirib ki, terrorçular bu tip planları artıq İraqda həyata keçirə bilməzlər. Çünki müqəddəs məkanlar çox ciddi şəkildə qorunur və terrorçuların həmin əraziyə bomba keçirmələri sıfıra bərabərdir.

Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır