21 oktyabr 2011 - 20:30

Dünən Masallı şəhər polis idarəsinə bir neçə fəal dindar çağrılmışdır.

Əhli Beyt -ABNA- xəbər agentliyinin verdiyi xəbərə əsasən: Polis idarəsində onların Azerbaycan İslam Partiyasının oktyabrın 22-də keçirmək istədiyi “Hicaba və Hicab Məhbusları”na azadlıq aksiyası ilə əlaqədar sullar verilmiş, onlaradan aksiyanın keçirilib –keçirlməyəcəyi və harada keçirilməsi barədə soruşulmuşdur.

Dindarlar AİP-nin aksiyası barədə Bakı şəhər icra hakimiyyətinə müraciət olunduğunu bildirmiş və BŞİH-i AİP-ə yox cavabı verildiyini demişlər.

Aksiyaların hər hansı halda keçiriləcəyi təqdirdə isə orada iştirak edəcəklərini cavablandıran dindarlar bunun bir şəri vəzifə olduğunu polis idarəsində bildirmişlər. Sorğu-sualdan sonra dindarlar sərbəst buraxılmışdır.

Xatırladaq ki, polis idarəsinə çağrılanlar arasında Araz Quliyev də olmuşdur.

Araz Quliyevdəndə həmçinin oktyabr ayının 7-si Masallı ruhanisi Hacı Fəramiz Abbasovun Bakı şəhəri ağır cinayətlərə dair məhkəməsində iştirakına görə izahatda alınmışdır.

Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır