Əhli Beyt -ABNA- xəbər agentliyinin verdiyi xəbərə əsasən: Bu barədə İslamazeri.az-a vəkil Anar Qasımlı məlumat verib. O bundan sonra ilahiyyatçının hüquqlarını onun qoruyacağını açıqlayıb. Vəkil bildirib ki, T.Bağırovun ailə üzvləri ona müraciət ediblər. A.Qasımlı T.Bağırovun növbəti məhkəmə prosesi oktyabın 28-də Nərimanov rayon məhkəməsində keçiriləcəyini də bildirib.
Qeyd edək ki, “Hicab Azadlıq” aksiyası bu il mayın 6-da Təhsil Nazirliyi qarşısında keçirilib. Aksiya ilə bağlı Bakı Şəhər Prokurorluğunda iş açılıb. İstintaq qrupunun rəhbəri Bakı Şəhər Baş Polis İdarəsinin istintaq və təhqiqat idarəsinin rəisi Nazim İsmayılovdur.T.Bağırov Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 233-cü maddəsi ilə (İctimai qaydanın pozulmasına səbəb olan hərəkətləri təşkil etmə və ya bu cür hərəkətlərdə fəal iştirak etmə), (3 ilə qədər həbs) ittiham olunur. Həbs edildikdən sonra Hacı Tale barəsində əvvəlcə 15 sutka, daha sonra isə 2 aylıq həbs qətimkan tədbiri seçilib və Kürdəxanı təcridxanasına göndərilib. Hacı Tale Bağırovun əvvəlki vəkili İntiqam Hacıyev olub.
Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır