9 oktyabr 2011 - 20:30

Azərbaycanlı tələbələr hakimiyyətə səsləndilər

Əhli Beyt -ABNA- xəbər agentliyinin verdiyi xəbərə əsasən: Azərbaycanlı tələbələrin İslamazeri.az-a ünvanladığı məktubda deyilir:

Bu gün Azərbaycanda inanclılara qarşı olunan haqsız həbs cəzalarına biz öz etirazımızı bildiririk. Azərbaycan hakimiyyətini Azərbaycanda dinə və inanclı insanlara qarşı olunan bu haqsızlıqlara son qoyulmasını və eyni zamanda hicab qadağasının tez bir zamanda aradan qaldırılmasına çağırırıq. Haqsız həbsə, zülmlə məruz qalan inanclıların ailələrinə səbr diləyirik.

İran İslam Respublikası, Qum şəhəri, "Əl Mehdi" mədrəsəsinin azərbaycanlı tələbələri.

Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır