Əhli Beyt -ABNA- xəbər agentliyinin verdiyi xəbərə əsasən: Parisdə iqtisadiyyatdakı qeyri-sabitlik əleyhinə kütləvi aksiya keçirilib. Bu tipli aksiya Fransa paytaxtında artıq doqquzuncu ildir dalbadal keçirilir.
Nümayişçilər Parisin Stalinqrad meydanından Klişi meydanınadək 4 km məsafə qət ediblər. Onlar işsizliyə son qoyulmasını, yeni iş yerlərinin açılmasını tələb ediblər.
Aksiya iştirakçıları hökumətdən uğursuz iqtisadi siyasətə böhran bəhanəsi ilə haqq qazandırmamağa çağırıblar.
Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır