6 oktyabr 2011 - 20:30

İran tərəfinin bildirdiyinə görə "Galaxy Radar" sistemi vasitəsilə peyklərə bağlı olan GPS sistemini qarışdıraraq havada olan roketləri, eyni zamanda hərbi gəmi və təyyarələrinin istiqamətini dəyişdirmək mümkündür.

Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır

"Düşmən tərəfindən göndərilən roketi havada məhv etmək çox çətindir, amma onun GPS məlumatlarını qarışdıraraq istiqamətini dəyişdirmək artıq mümkündür" deyə iranlı general bildirib.

İran tərəfinin bildirdiyinə görə "Galaxy Radar" sistemi vasitəsilə peyklərə bağlı olan GPS sistemini qarışdıraraq havada olan roketləri, eyni zamanda hərbi gəmi və təyyarələrinin istiqamətini dəyişdirmək mümkündür.

İran HHQ-nin generalı İsmayili bildirib ki, bu yeni kiber texnologiya sayəsində düşmən peyklərinin məlumatlarını qarışdırmaq və göndərilən roketlərin istiqamətini başqa səmtə yönəltmək mümkündür.

Əhli Beyt -ABNA- xəbər agentliyinin verdiyi xəbərə əsasən: İran rəsmiləri düşmən tərəfin hərbi və casus peyklərini aldadaraq zərərsizləşdirən kiber texnoloji sistem hazırladıqlarını bildirib.