Əhli Beyt -ABNA- xəbər agentliyinin verdiyi xəbərə əsasən: Bu gün Cümədir. Azərbaycanın ən dəyərli insanlarına hökm oxunacaq. Onlar terrorçuluqda, dövlət çevrilişinə cəhddə, silah saxlamaqda günahlandırılırlar. Üç aydan artıq gedən bir məhkəmədə Allah oyunbazların bütün iç üzünü açıb ortaya qoydu. Bu dəyərli insanların əleyhinə məhkəməyə çıxarılmış şahidlərin hamısı ittihamı və ittihamçıları rüsvay etdi. Bütün bunlar haqqında biz yazmışıq siz də oxumusunuz. Nəhayət bu oyun sabah sona çatır. Məhkəmənin qərarı əslində bəllidir. Bu müddət ərzində olan “ədalətdən” bilindi ki, son necə olacaq.
Bu gün Cümədir. İmam Zaman (ə.f.) zühür günü Cümə. Bu yerdə bircə dua eləmək istəyirik.
Hər kəs bunu oxusa bu yazının şərh hissəsində “AMİN” kəlməsi yazsın.
“İlahi! Sənə and veririk öz izzəti-cəlalına! Səni and veririk Peyğəmbər və onun Pak Əhli-Beytinin hörmətinə qardaşlarımızı zindandan xilas elə. İlahi Sənə and veririk İmam Hüseyn (ə) Kərbəladə meydana gedən zaman o balaca əlləri ilə atasının atından yapışan, Rüqəyyənin hörmətinə, susuz boğazı oxlanan Əli Əsğərin hörmətinə nahaq yerə zindanda olan qardaşlarımızın körpə balalarını gözüyaşlı qoyma. İlahı Sənə and veririk Hz. Əbəlfəzlin doğranan bədəni hörmətinə, İmam Zamanın (ə.f.) özü ilə bu gün hökm ver!”
Amin!!!
Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır