?>

270 milyon nəfər qida çatışmazlığından əziyyət çəkir

270 milyon nəfər qida çatışmazlığından əziyyət çəkir

BMT-nin tabeliyində olan Ümumdünya Ərzaq Proqramı dünən gecə bildirib ki, builki qida əmin-amansızlığı 40 faizlik sıçrayışa malik olub.

ABNA24 Xəbər Verir, Ümumdünya Ərzaq Proqramı qeyd edib ki, təqribən 270 milyon nəfər bu il ya qida əmin-amansızlığından əziyyət çəkir, ya da ki, geniş bir əmin-amansızlıq onları hədələyir.

Proqramın baş iqtisadi ekspertlərindən olan Arif Hüseyn bu barədə deyib ki, qida maddələrində qiymət artımı korona, iqlim dəyişiklikləri və savaşlardan irəli gələn təzyiqləri kəskinləşdirib.

Ümumdünya Ərzaq Proqramı daha sonra bildirib ki, dünya bazarlarında ərzaq mallarının qiyməti iyun ayında təqribən 33,9 faiz artıbdır.

Ümumdünya Ərzaq Proqramının göstəricisi paxlalı bitkilər, yağ dənələri, süd-qatıq məmulatları, ət və şəkərin dəyərləndirilməsinə əsaslanır.

Ötən il Nobel sülh mükafatını almış Ümumdünya Ərzaq Proqramı həmçinin bildirib ki, təqribən 690 milyon nəfərin, yəni dünya əhalisinin təqribən doqquz faizinin ərzaqa əlçatanlığı yoxdur.

342/


Nəzərlərinizi göndərin

Sizin e-mail adresiniz göstərilməyəcək. Tələb olunanlar bu “*” əlamətlə işarələnib

*