4 oktyabr 2011 - 20:30

Fələstinlilərin İsrailə qarşı mübarizələrindən dolayı müharibələrə və silah səsinə öyrəşdiyini deyən Həmudə bundan sonra da Qəzzada yaşayacağını və İsraildən qorxmadığını bildirib.

Əhli Beyt -ABNA- xəbər agentliyinin verdiyi xəbərə əsasən: 115 yaşlı Ələmiyyə Həmudə Qəzzada yaşayan sonuncu Osmanlı vətəndaşıdır.Fələstinin Qəzza zolağının Osmanlı imperiyası sərhədləri daxilində olduğu dövrdə Osmanlı əsgərlərindən birinin qızı olaraq, dünyaya gələn Ələmiyyə Həmudə: “Biz Osmanlı dövründə həmişə türklərlə birlikdə yaşayırdıq. Bütün türklərə salamlarımı çatdırıram.”115 yaşlı Həmudə həyatı boyu heç vaxt həkimə müraciət etmədiyini deyib. Müntəzəm olaraq, zeytunyağlı yeməklər yediyini deyən Həmudə gündəlik həyatında heç kimin yardımına ehtiyac duymadığını qeyd edib.Fələstinlilərin İsrailə qarşı mübarizələrindən dolayı müharibələrə və silah səsinə öyrəşdiyini deyən Həmudə bundan sonra da Qəzzada yaşayacağını və İsraildən qorxmadığını bildirib.Həmudənin ən böyük övladı 95 yaşındadır. Fələstindəki “sonuncu Osmanlı” hazırda 80 yaşlı oğlu və 78 yaşlı gəlini ilə birlikdə yaşayır.Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır