Əhli Beyt -ABNA- xəbər agentliyinin verdiyi xəbərə əsasən: Yaxın günlərdə 13.700 çinli zəvvar Həcc əməlini yerinə yetirmək, Məkkə və Mədinəni ziyarət etmək üçün hazırlaşır.
Çinli müsəlmanların Həcc işləri üzrə məsul şəxsi Yanq Zibe zəvvarların çoxunun yaşlı insanlar olduğunu və Həcc mərasimində baş verə biləcək təhlükələrin qarşısının alınması üçün geniş heyətdə həkim və xidmətçilərin də bu səfərdə iştirak edəcəklərini deyib.
Qeyd edək ki, Çindən Həcc səfərinə gedənlər 17.000 yuan (təxminən 2100 AZN) ödəməlidirlər. Bura gediş-gəliş, otel, tibbi yardım və s. xərclər daxildir.
Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır