Əhli Beyt -ABNA- xəbər agentliyinin verdiyi xəbərə əsasən: Azərbaycan Respublikasında şagird qızların hicab qadağasının davam edilməsinin pislənilməsi istiqamətində çərşənbə axşamı günü Tehranın bir qrup azəri dilli sakini Azərbaycan Respublikasının Tehrandakı səfirliyi önündə aksiya keçiriblər. Aksiya iştirakçıları şüarlar səsləndirərək hicab qadağası ləğv və məhbus hicab müdafiəçiləri və islamçıların azad olunmasını tələb ediblər.
Aksiya iştirakçıları "hicab müxalifləri sionizmin nökəridir", "hicablı bacım səni dəstəkləyirəm", "hicab qadağası ABŞ sifarişidir", "Azərbaycan oyaqdır, dininə dayaqdır", "hicab məhbusları azad olunmalıdır", "hicab müdafiəçilərinin həbsi Amerikanın sifarişidir", "məhbusların işgəncəsi Allahla müharibədir" şüarları, habelə Allah-Əkbər səsləndirərək Azərbaycan Respublikasının müsəlman xalqı ilə öz həmrəyliklərini bildiriblər.
Bu etiraz aksiyasının qətnaməsinin tam mətni belədir:
İntiqamçı Allahın adı ilə
یا أَیُّهَا النَّبِیُّ قُلْ لاِزْواجِکَ وَ بَناتِکَ وَ نِساءِ الْمُؤْمِنِینَ یُدْنِینَ عَلَیْهِنَّ مِنْ جَلاَبِیبِهِنَّ ذلِکَ أَدْنى أَنْ یُعْرَفْنَ فَلایُؤْذَیْنَ وَ کانَ اللّهُ غَفُوراً رَحِیماً (احزاب 59) لَئِنْ لَمْ یَنْتَهِ الْمُنافِقُونَ وَ الَّذِینَ فِی قُلُوبِهِمْ مَرَضٌ وَ الْمُرْجِفُونَ فِی الْمَدِینَةِ لَنُغْرِیَنَّکَ بِهِمْ ثُمَّ لایُجاوِرُونَکَ فِیها إِلاّ قَلِیلاً (احزاب 60) مَلْعُونِینَ أَیْنَما ثُقِفُوا أُخِذُوا وَ قُتِّلُوا تَقْتِیلاً (احزاب 61)
Ya Peyğəmbər! Zövcələrinə, qızlarına və möminlərin həyat yoldaşlarına de ki, örtüklərini örtsünlər. Bu onların tanınması və onlara əziyyət verilməməsi üçün daha münasibdir. Allah bağışlayandır, rəhm edəndir. Əgər münafiqlər, qəlblərində mərəz olanlar və Mədinədə qəsdən yalan şayiələr yayanlar son qoymasalar, şübhəsiz ki, səni onların üstünə qaldırarıq, sonra onlar səninlə ancaq az bir müddət qonşu ola bilərlər. Məlunlar kimi harada ələ keçsələr, tutulub öldürülərlər. (Əhzab surəsi ayə 59-61)
Quran-kərimin bu mübarək ayələrində ilahi əzab və əziyyətlə cəzalandırılacaqları vəd olunan münafiqlər və qəlbində mərəz olanlar o şəxslərdirlər ki, Azərbaycan Respublikasında məsum qızların hicablarını müdafiə edənləri hədəfə alıblar və onlara qarşı yaramaz ittihamlar irəli sürürlər.
Azərbaycan Respublikasında hicab müdafiəçilərinə qarşı narkotik maddə və silah saxlamaq, habelə yalan məlumatlar yaymaq kimi qondarma ittihamlar irəli sürən münafiqlər və qəlbi mərəzlə dolu olanlar şübhəsiz Allah-taalanın Əhzab surəsində ələ keçirilərək öldürüləcəklərini vəd etdiyi məlunlardandırlar və biz müsəlmanlara ilahi vədin gerçəkləşməsi uğrunda səy göstərməkdir.
Bir ildir ki, Azərbaycan Respublikasında müsəlman bacı və qardaşlarımız öz məsum qızlarının ismət və iffətinə təkid və minimum insani haqlarını, yəni islami geyimdən istifadə haqqını gündəmə gətirdikləri üçün ən ağır təzyiqlərə və işgəncələrə məruz qalırlar.
Azərbaycan Respublikasında öz paklıqlarını və iffətlərini qorumaq istədikləri üçün təhsildən məhrum edilən bacılarımızın göz yaşları həqiqətən ürəyimizi kədərləndirdi. Öz hicablı qızları üçün təhsil ocağı tapmaq məqsədilə məktəblərə baş çəkən və Azərbaycan Respublikası Təhsil Nazirliyinin bildirişi əsasında hicablı qızları dərsə buraxmaq icazəsinə malik olmadıqlarını deyən məktəb direktorları ilə üzləşən analar və ataların ürək sözlərini dinləmək qanımızı coşdurur.
Öz hicablarını müdafiə etdikləri üçün Bakı polisinin vəhşilikləri ilə üzləşən ana və bacılarımızın fəryadları hisslərimizi yaralayır.
Azərbaycan Respublikasının zalım hökumətinin Dini Etiqad və Vicdan Azadlıqları Müdafiə Mərkəzinin orta məktəblərdə hicab qadağasının ləğvi üzrə 100 minlik imzatoplama kampaniyası kimi mütərəqqi hərəkətinə etinasızlığı Bakı rəsmilərinin məntiqsiz və geridə qalmış davranışlarından xəbər verir. Bakı rəsmilərinin hizbullahçı hicab müdafiəçilərinə və ruhanilərə qarşı zorakılıqları, onları narkotik maddələri və silah saxlamaqda ittiham etmələri islam dininə qarşı Allahsız kommunist rejiminin metodlarından istifadə etməsindən xəbər verir.
Azərbaycan Respublikasında həbs olunmuş ruhanilərin sifarişli və gülünc məhkəmələrdə mühakimə olunmaları Azərbaycan Respublikasına hakim kəsilmiş orta əsrləri xatırladan üsul idarəsini yada salır.
Hökumət qüvvələrinin çıxış etmək və şer söyləməklə öz ilkin insani haqlarını tələb edən əliyalın insanlara qarşı zorakılıqları və vəhşilikləri də rəsmi Bakının qaniçən sionist rejimin insanlığa qarşı metodlarından istifadə etməsinin nişanəsidir.
Ruhanilər və müsəlman fəallara və onların ailələrinə qarşı təzyiq göstərmək üçün istifadə olunan hiylələr və fırıldaqçılıqlar Azərbaycan Respublikasında islami oyanışı çökdürmək üçün İngiltərənin şeytani məkrindən istifadəni göstərir.
Amma, bu qadir Allah-taalanın vədidir ki, haqq batil üzərində qələbə çalacaq. Bu ilahi vədin gerçəkləşməsi Azərbaycan Respublikasındakı müsəlman bacı və qardaşlarımızın cinayətkar ABŞ və sionizmin nökərlərinə qarşı mübarizədə qələbə çalmaları üçün səy göstərəcəyik və gələcəkdə Azərbaycan Respublikası xalqı ilə öz həmrəyliyimizi nümayiş etdirəcəyik.
"Azərbaycan Respublikasında pak, iffətli və hicablı bacıların müdafiəçiləri".
Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır