21 sentyabr 2011 - 20:30

Bu gün İranda "Müqəddəs müdafiə" həftəsi münasibətilə hərbi parad keçirilib

Əhli Beyt -ABNA- xəbər agentliyinin verdiyi xəbərə əsasən: Bu gün İranda "Müqəddəs müdafiə" həftəsi münasibətilə keçirilən hərbi paradda ballistik raketlər, uzaqmənzilli "Şahab", "Qadr F", "Siccil" raketləri və radardan yayına bilən "Qalxanbalığı" təyyarəsi nümayiş olunub.

Bu münasibətlə Tehran və başqa şəhərlərdə hərbi texnikanın nümayiş olunduğu hərbi paradlar keçirilir. İraq-İran müharibəsi 1980-ci il sentyabrın 22-də İraq ordusunun İranın Xuzistan əyalətinə hücum etməsi ilə başlayıb. Müharibə 1988-ci il avqustun 20-də bağlanmış atəşkəs müqaviləsi ilə başa çatmış və hər iki dövlətin sərhədləri müharibədən əvvəlki vəziyyətdə qaytarılmışdır.

Məlumata əsasən, paradda, həmçinin "Zülfüqar", "T55" və inkişaf etdirilmiş "T72" tankları, "Qasid 3", "Şahin" raketləri və İranın istehsalı olan müxtəlif növ katerlər, silahlar nümayiş olunub.Bu gün keçirilən hərbi paradda İran Silahlı Qüvvələrinin bütün bölmələri, "Sepah" korpusu, Quru Qoşunları və Hərbi Hava Qüvvələri iştirak ediblər. Parad İslam Dünyasının sabiq ali lideri Ayətullah İmam Xomeyninin məqbərəsi önündə təşkil olunub.Hər il qərb və şərq ölkələrinin (keçmiş sovetlər ittifaqı) ABŞ və sionizimin başçılığı ilə İraqı təhrik edərək İran İslam Respublikasına hücum etdiyi gün İranda "Müqəddəs müdafiə" həftəsi kimi qeyd olunur.

 

Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır