Əhli Beyt -ABNA- xəbər agentliyinin verdiyi xəbərə əsasən:
Mövzu ilə bağlı münasibətini Deyerler.org-a açıqlayan “Azərbaycan Ziyalılar Birliyi”nin sədri Eldəniz Quliyev hesab edir ki, Türkiyə ilə qəsbkar sionist rejimi arasındakı münasibətlər lakmus rolunu oynayır. Onun fikrincə, işğal rejiminin xüsusilə müsəlman ölkələrinə pataloji nifrəti mövcuddur: “Türkiyə və İsrail rejimi arasında son baş verənlər lakmus kağızı kimi sionist rejiminin əməllərini aşkara çıxartdı. İsrail rejimi bir daha göstərdi ki, sərgilədiyi siyasətdə sionizimə daha çox yer verir. Qonşu ölkələrə və ələlxüsus müsəlman ölkələrə pataloji nifrəti vardır. Bu nifrət özünü zaman-zaman təzahür etdirir. Bundan əlavə, bu, özünü daha aydın şəkildə "Mavi Mərmərə" hadisəsində göstərdi. Gəmiyə təcavüzü, qəsb hikkəsi bütün dünyanın gözünün qarşısında oldu. Bu əməlinə görə İsrail rejimi nəinki üzr istəməli, həm də bu kimi əməllərdən əl çəkməlidir. Başa düşülməyən məsələlərdən biri də ABŞ-ın İsrail rejiminə dəfələrlə kömək etməsidir. Bunun müqabilində hər zaman özünü “2 dövlət, 1 millət” şüarı altında göstərən Azərbaycan və Türkiyə münasibətləri bu gün İsrailə qarşı məsələdə eyni fikir sərgiləmir. Düzdür, mən bu devizlə razıyam. Bu səbəbdən də məni bu iki nüans hər zaman narahat edib. ABŞ hər zaman İsrail rejimini ərköyün uşaq kimi himayə edir. Və bunu ABŞ hiss etməsə də, İsrail də get-gedə öz qurucusunu və himayədarını məhv etməyə doğru aparır. O aydın məsələdir ki, artıq zaman yetişib ki, biz hər bir şeyi olduğu kimi deyək. İsrail rejimi həşaratlar içərisində özü-özünü öldürə bilən əqrəb kimi günbəgün zəhərli quyruğu ilə özünü zəhərləyir. Yəni bu son olan hadisələr, "Mavi Mərmərə" gəmisinə ağla sığmaz terror etməsi onu əqrəbə bənzədir. Ondan əvvəl Qəzza bölgəsində tökdüyü günahsız insanların qanı və s. Yüzlərlə belə cinayələrlə nəticədə İsrail əqrəb kimi özü-özünü məhv edəcəkdir. Bir faktı da qeyd etmək istəyirəm ki, artıq hamı bilir və gizlətmir ki, Qarabağ müharibəsində də İsrail rejimi onlarla erməni zabitlərin təlimlər verərək öyrədib, sonra da həmin zabitləri Qarabağa göndərmişdir”.
İsrail rejiminin erməni daşnaklarına təlim verməyi azmış kimi sionist rejimin PKK tərəfdarlarına da yardım etdiyini qeyd edən ziyalı, qəsbkarın bütün çərçivələri aşdığını bildirir. “Bundan əlavə, İsrailin PKK-ya yardım etməsi də unudulmamalıdır. Ona hərbi dəstək verməsi və onlara bu gün də təlimlər keçməsi artıq üzə çıxmaqdadır. Qoltuğunun altında gizlətdiyi nüvə başlıqlarını da buraya əlavə edək. Və sonda onu da qeyd edim ki, artıq İsrail ərköyünlüyün də çərçivələrini aşıb”.
Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır