23 avqust 2011 - 19:30

Oteldə olan jurnalistlər, sosial paylaşım saytı Twitterdən xəbərləri anbaan paylaşırlar

Əhli Beyt -ABNA- xəbər agentliyinin verdiyi xəbərə əsasən:

Liviyada 35-ə yaxın xarici vətəndaşın, əsasən də jurnalistlərin qalqığı Rixos oteli Muəmmar Qəzzafi qüvvələri tərəfindən mühasirəyə alınıb. BBC-nin otelin içində olan əməkdaşının məlumatına görə, küçədə isə üsyançılarla qanlı döyüşlər gedir.

Otelin içində həmçinin keçmiş amerikalı konqressmen və Hindistan parlamentinin üzvü də var.

"Silahlı insanlar dəhlizlərdə gəzir, onlardan bəziləri yəqin ki, Qəddafinin peşəkar təlim görmüş əsgərləridir. Evin damında snayperlər var... Burd agörginlik hökm sürür", deyə BBC-nin əməkdaşı Metyu Prays bildirib. Onun sözlərinə görə, oteldə su və ərzaq qutarmaq üzrədir. Otelin bəzi hissələrində hələ ki, elektrik var", deyə Prays əlavə edib.

O həmçinin xəbər verib ki, oteldə televizorlar işləmir: "Bütün günü atəş səsləri eşidilir. Yəqin ki, peyk antennaları sıradan çıxıb".

Qeyd edək ki, Qəddafinin oğlu Seyf əl-İslam məhz bu oteldə xarici jurnalsitlərlə görüşmüşdü.

 

Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır