Əhli Beyt -ABNA- xəbər agentliyinin verdiyi xəbərə əsasən:
Britaniya paytaxtındakı yaranmış vəziyyəti hökumət tərəfindən xüsusi çağırılmış fövqəladə komissiya araşdırır. Londondakı iğtişaşlar səbəbilə İngiltərə və Hollandiya arasında keçiriləcək futbol matçı da təxirə salınıb. Qeyd edək ki, iğtişaşlar şənbə günü Tottenhemdə yerli polis məntəqəsinin qarşısında başlayıb. 300 nəfər insan polis tərəfindən 4 avqustda qətlə yetirilən 29 yaşlı Mark Daqqanın ölüm işinin araşdırılmasının necə getdiyini öyrənmək istədikdə tərəflər arasında qarşıdurma yaranıb.
Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır