Əhli Beyt -ABNA- xəbər agentliyinin verdiyi xəbərə əsasən:
Toqquşmaların baş verməsinin qarşısını almaq üçün əraziyə çoxsaylı polis qüvvələri və hərbi texnika gətirilib. Qeyd edək ki, məhkəmə prosesi Hüsnü Mübarəkin adını daşıyan Polis Akademiyasının əsas binasında keçirilir. Prosesin əvvəlində vəkillər Hüsnü Mübarəkin zalda dəmir qəfəsdə mühakimə olunmasına etiraz etsələr də, hakim bu qaydanın sabiq prezident tərəfindən qoyulduğunu və ağır cinayətlərdə ittiham olunan şəxslərin məhkəmə zalında dəmir qəfəsdə oturmalı olduğunu bildirib. Proses davam edir.
Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır