29 iyul 2011 - 19:30

Azərbaycanlı müğənni Ziyafət Yaqubova İsveçdə ailə qurub. O, soyadını dəyişərək Jozef qoyub. Onun xristian dinin qəbul edildiyi bildirilir.

Əhli Beyt -ABNA- xəbər agentliyinin verdiyi xəbərə əsasən: Bir ilə yaxındır, Danimarkada yaşayan müğənni artıq İsveçdə yaşayır və orada eston millətindən olan xristiana ərə gedib. Bu yaxınlarda 10 günlük Azərbaycana gələn Ziyafəti görənlər onun xaç işarəli medalyon gəzdirdiyi deyirlər.

Ziyafət Yaqubova Vətəndə olduğu müddətdə Qaxda yaşayan doğmalarına və Bakıdakı dostlarına baş çəkib. Hətta studiyaların birində gənc bir müğənni ilə duet də yazdırıb. Müğənni dostlarına gündüzlər gözəllik salonunda kosmetoloq işlədiyini, gecələr isə barda müğənnilik etdiyini deyib.

Müğənninin Bakıda olarkən görüşdüyü dostlarının söylədiklərinə görə, o, Azərbaycanla əlaqələri tam kəsmək niyyətində olmasa da, xaricdə uzun müddət yaşamağı planlaşdırıb.

 

Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır