29 iyul 2011 - 19:30

Müəllim imtahandan kəsilən tələbə qıza əxlaqsız təklif edib.

Əhli Beyt -ABNA- xəbər agentliyinin verdiyi xəbərə əsasən: Paliqon xəbər saytına Azərbaycanın ali məktəblərinin birində təhsil alan bir qrup tələbə qız tərəfindən müraciət daxil olub. Müraciətdə çox ilginc məlumatlar verilib. Amma müraciətdə yer alan fikirlərlə bağlı dəqiq bilgilər əldə edə bilmədiyimizdən çəkilən adları açıqlamayacağıq.

Belə ki, müraciət müəlliflərinin sözlərinə görə, onlar Azərbaycanın nüfuzlu ali təhsil ocaqlarından birinin tələbələridir. Və müəlliflərin sözlərinə görə, onların təhsil aldıqları ali məktəbdə müəllimlər nəinki rüşvət almaqdan çəkinmirlər, hətta tələbə qızxlara imtahan qiymətlərinin müqabilində əxlaqsız təkliflər də edirlər.

Müraciətdə deyilir: «… müəllim imtahandan kəsilmiş tələbə V.C-yə axşam onun qiymətlərini düzəldə biləcəyini söylədi. V.C-də axşam iş vaxtı olmadığını, harada təkrar imtahan verə biləcəyini soruşduqda müəllim ona «bilirəm» deyib Bakıdakı restoran-saunalardan birinin ünvanı yazılmış kağızı verdi. Və bildirdi ki, bü ünvana saat 9-da gələ bilsə, imtahan problemi nədir, ali məktəbi qızıl medalla bitirəcək».

Təbii ki, belə bir hadisənin baş verməsi nəinki Azərbaycan müəlliminin adına, ümumiyyətlə, təhsil sisteminin adına olan biabırçılıq və dəhşət deməkdir. Hər halda, bu məsələyə müvafiq qurumlar tərəfindən reaksiya verilməsi daha doğru olar.

 

Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır