Əhli Beyt -ABNA- xəbər agentliyinin verdiyi xəbərə əsasən: İranın İslam Respublikasının Kürdüstan əyalətinin sərhədyanı Alvatan bölgəsində İran İnqilab Keşikçiləri Korpusunun (Sepah) 6 üzvü minaya düşərək şəhid olmuşdur. Şəhid olanlar arasında polkovnik rütbəli komandir də vardır.
Mina partlayışında şəhid olanlar “Sepah”çıların Müqəddəs Qum şəhərinin Əli ibn Əbi Talib (əleyhis səlam) adına olan polka məxsus olduqları bildirilir. Bu səbəbdən də müqəddəs şəhidləri Xanım Məsumə (əleyhis səlam) həzrətlərinin hərəmini ziyarət etdirərək orada onlara namaz qılıb “Behişti Məsumə”də torpağa tapşırdılar.
Şəhid olanların adları Sepah tərəfindən açıqlanmışdır: 1- Polkovnik Abbas Asimi. 2- Əli Əkbər Cəmrasi. 3- Mahmud Əhmədi Təbar. 4- Musəvi Nəjad. 5- Mehdi Xəbir. 6- Ruhulla Səhrayi.
Ruhları Şad! Amin!
Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır











