25 iyul 2011 - 19:30

«Əgər bir rejimin əsas nəfəsliyi korrupsiya hesab olunursa, onun korrupsiya ilə mübarizəsi qeyri-mümkündür. O zaman gərək hakim elita bütünlükdə istefa versin. Korrupsiya ilə mübarizə bu halda uğurlu nəticə verə bilər».

Əhli Beyt -ABNA- xəbər agentliyinin verdiyi xəbərə əsasən: Hakimiyyətin bu ilin yanvar ayının ortalarından start verdiyi korrupsiya ilə mübarizə artıq başa çatmaq üzərədir. Hökumət içindəki mənbələrdən. İnformasiyaya görə, artıq «yuxarılar» tərəfindən hər bir dövlət qurumuna «əvvəlki iş rejimi» bərpa barədə göstəriş verilib.

Mənbə bildirir ki, əslində bu, gözlənilən idi: «Bunun layihə olması barədə ilk günlərdən ictimaiyyət məlumatlandırıldı. Dünya Bankı ilə əməkdaşlıq çərçivəsində alınan 1 milyard dollarlıq vəsait bir-iki xırda məmurun cəzalandırılması ilə mənimsənildi».

Mənbə bildirir ki, təməlində korrupsiya dayanan bir hakimiyyətin rüşvətdən imtinası mümkünsüzdür: «Əgər bir rejimin əsas nəfəsliyi korrupsiya hesab olunursa, onun korrupsiya ilə mübarizəsi qeyri-mümkündür. O zaman gərək hakim elita bütünlükdə istefa versin. Korrupsiya ilə mübarizə bu halda uğurlu nəticə verə bilər».

Mənbə xatırladır ki, hakimiyyət komandası dövlətin ayrı-ayrı strukturlarının xətti ilə yığılan rüşvəti sistemli şəkildə idarə edirlər: «Bu piramida formasında həyata keçirilən bir mexanizmdirsə, hansısa «budama» işləri ilə fundamental nəticələrin əldə olunması qeyri-mümkündür. Bunu ilk başdan hər kəs vurğulayırdı. Hətta ölkənin baş prokuroru da bu məsələyə eyham edən bir açıqlaması ilə diqqətə gəlmişdi».

Mənbəmiz bildirir ki, prosesin durdurulması səbəbindən artıq Dünya Bankı ilə Azərbaycan dövləti arasında da konflikt yaranıb: «Hər halda, ayrılan bir milyard dollarlıq vəsaitin hesabatı tələb olunur. Rəsmi Bakı isə tutarlı izahatlar verə bilmir».

Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır