Əhli Beyt -ABNA- xəbər agentliyinin verdiyi xəbərə əsasən: Kürdəmir rayonunda 3 yaşlı iki uşaq su quyusunda boğularaq ölüb. Rayon Polis Şöbəsindən verilən məlumata görə, hadisə dünən saat 20:00 radələrində Kürdəmirin Atakişili kəndində qeydə alınıb.
Kənd sakini Elman Kərimovun 3 yaşlı oğlu Elmar və Elman Kərimovun qardaşı Ramiq Kərimovun 3 yaşlı qızı Elminaz babalarının evinin həyətyanı sahəsində oynayarkən su quyusuna düşüblər.
Nəzarətsiz buraxılan uşaqlar suda boğularaq ölüblər. Hadisəyə ehtiyatsızlığın səbəb olduğu bildirilir.
Faktla bağlı Kürdəmir Rayon Prokurorluğu tərəfindən araşdırma aparılır.
Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır