20 iyul 2011 - 19:30

Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəis müavini, kapitan Teymur Abdullayev faktı təsdiqləyib.

Əhli Beyt -ABNA- xəbər agentliyinin verdiyi xəbərə əsasən: Azərbaycan Müdafiə Nazirliyinin Beyləqanda yerləşən “N” saylı hərbi hissəsində silahlı insident baş verib.

Hərbi hissənin əsgəri Cəfərov Arif Şakir oğlu təhlükəsizlik qaydalarını pozduğundan tabeliyindəki silahdan atəş açılıb. Güllə əsgər Yusifov Hikmət Eldar oğluna dəyib və o, hadisə yerində həlak olub. Bundan sonra hadisəni törədən əsgər qaçıb gizlənib. Hazırda Arif Cəfərovun tapılması üçün tədbirlər görülür.

Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəis müavini, kapitan Teymur Abdullayev faktı təsdiqləyib.

Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır