Əhli Beyt -ABNA- xəbər agentliyinin verdiyi xəbərə əsasən: İşğalçı Ermənistanın müdafiə naziri Seyran Ohanyanın oğlu avtomobil qəzasına düşüb.
Məlumta görə, Dağlıq Qarabağdakı işğalçı batalyonlardan birinin qərargah rəisi olan Artur Ohanyan hərbi maşında qəzaya uğrayıb.
Hadisə iyulun 14-ü Xankəndi-Ağdərə yolunda baş verib. İçərisində Artur Ohanyanın da olduğu hərbi avtomobil yoldan çıxaraq 120 metr dərinliyində dərəyə yuvarlanıb. Avtomobildəki 15 hərbçi, o cümlədən Artur Ohanyan yaralanıb. Artur Ohanyan sınıqlarla xəstəxanaya yerləşdirilib.
Seyran Ohanyan İşğalçı Ermənistanın müdafiə naziri postunu 2008-ci ildən tutur. O, 1962-ci ildə Şuşada anadan olub, 1983-cu ildə Bakıda hərbi məktəbi qurtarıb. İşğalçı Qarabağ müharibəsinin əsas simalarından biridir. Xocalı soyqırımında iştirak edib. 1999-2007-ci illərdə “DQR”in “müdafiə naziri”, 2007-2008-ci illərdə Ermənistan Silahlı Qüvvələri Baş Qərargahının rəisi olub.
Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır