18 iyul 2011 - 19:30

FHN Şefini il ərzində ermənistanin 5 min ton balığını satişa çıxarır.

Əhli Beyt -ABNA- xəbər agentliyinin verdiyi xəbərə əsasən: Bir müddət əvvəl Azərbaycanın fövqəladə hallar naziri Kəmaləddin Heydərovun düşmən Ermənistanda biznesinin olması barədə məlumatlar yayıldı. Xatırladaq ki, əslində bu məlumatlar hər zaman mətbuatda dolaşıb. Lakin bu dəfə ermənilərin müxalif xəbər portalları bu məsələdən yazaraq, bu gün Ermənistanın balıq sənayesinin az qala tamamının Kəmaləddin Heydərovun nəzarətində olduğunu bildirdilər. Eyni zamanda o da bildirildi ki, Kəmaləddin Heydərov həm də digər qida məhsullarının da Ermənistanda satışı ilə məşğuldur.

Bu gün isə Gürcüstanın ingiliscə nəşr olunan «The Financial» qəzeti azərbaycanlı məmurun Ermənistanın balıqçılıq sənayesinə verdiyi «töhvədən» yazıb. Məlumatda bildirilir ki, Azərbaycan sularının çirkli olması səbəbindən və eyni qaydada Gürcüstanda münasib şəraitin olmamasına görə, bu gün Ermənistan Cənubi Qafqazın ən böyük balıq yetişdirən ölkəsidir:

«Hazırda Ermənistanda balıq yetişdirən 200-dən artıq fabrik var və onların böyük hissəsinin məhsulları Azərbaycanın fövqəladə hallar naziri Kəmaləddin Heydərova aid olduğu bildirilən «Caspian Fish» şirkəti tərəfindən satışa çıxarılır. Qeyd edək ki, bu əlaqə nəticəsində satışa bir il ərzində 5 min ton balıq və balıq məhsulları satışa çıxarılır».

Gürcüstanın «“Aquafeed Georgia» şirkətinin rəhbəri İraklii Patarya da bu əlaqələri təbii adlandırıb və bildirib ki, Ermənistanda balıq yetişdirilməsi daha çox inkişaf edib: «Bu bir faktdır ki, bu gün Ermənistan Gürcüstan və Azərbaycandan 10 dəfə artıq balıq yemi alır».

Onu da bildirək ki, Kəmaləddin Heydərova aid olduğu bildirilən «Caspian Fish»in düşmən Ermənistanla əlaqələri bir zamanlar milli təhlükəsizlik naziri postunu tutan Namiq Abbasov tərəfindən ifşa olunduğu söylənilir. Və elə bu «ifşa» da yekunda sözügedən şəxsin postunu itirməsi ilə nəticələnib.

Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır