Əhli Beyt -ABNA- xəbər agentliyinin verdiyi xəbərə əsasən: Bir müddət əvvəl Azərbaycanda insan adları ilə bağlı yeni qanunun qəbul edildiyi məlumdur.
Day.Az saytına müraciət etmiş oxuculardan biri körpəyə bir neçə adın qoyulmasının mümkün olub-olmadığını soruşur: «Məsələn, uşağı Samir Yunis Qurbanlı adlandırmıq olarmı?»
Bakının Nərimanov rayon Qeydiyyat İdarəsinin rəisi Səadət İsmayılova Azərbaycanda uşağa 2 ad qoyulmasına icazə olmadığını bildirib. «Məsələn, Məmmədhəsən, Məmmədhüseyn kimi adlar qoymaq mümkündür. Amma Samir Yunis kimi adlara icazə yoxdur», - deyə o, qeyd edib.
Soyadlarla bağlı məsələyə də aydınlıq gətirən S.İsmayılova bildirib ki, soyadın «ov», «yev» sonluqlarını «li», «lı» və «zadə»yə dəyişmək olar. Amma hər kəs soyadını yalnız 1 dəfə dəyişə bilər.
Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır