Əhli Beyt -ABNA- xəbər agentliyinin verdiyi xəbərə əsasən: İran İslam Respublikası Xarici İşlər Nazirliyi bir bəyanat yayaraq, Serbrenitsada yaşanan soyqırımı faciəsini pislədi.
İranın Xarici İşlər Nazirliyi 11 iyul, Serbrenitsa soyqırımı faciəsinin ildönümü ərəfəsində yaydığı bəyanatda bildirib: 1995-ci il 11 iyul tarixində Bosniya və Herseqovinada, Serbrenitsa şəhəri Avropada 20-ci əsrin ən böyük insan faciələrindən birinə şahid oldu. Bu insan faciəsi 8 min sivilin amansız şəkildə serblər tərəfindən qırğın edilməsi ilə yadda qaldı.
Bu bəyanatda həmçinin deyilir: Bu insan faciəsi elə bir şəraitdə baş verdi ki, Serbrenitsa BMT tərəfindən təhlükəsiz məntəqə elan olunmuşdu və hollandiyalı sülhü mühafizə qüvvələri onun təhlükəsizliyinə təminat verməli idilər.
İranın Xarici İşlər Nazirliyi öz bəyanatında həmçinin bildirib: Bu faciədən 15 ilin keçməsinə və onun amillərinin cəzalandırılması istiqamətində müəyyən işlərin görülməsinə, o cümlədən serb qüvvələrin komandanı Radko Mladiçin həbs olunmasına baxmayaraq, hələ də bu cinayətlə bağlı qaranlıq məqamlar var ki, Avropada bəzi cərəyanlar bu məqamların açıqlanmasına mane olurlar. Onlar bu yolla yaşanan faciənin pərdə arxasının ifşa olunmasını istəmirlər və bu yolla da hüquqi və siyasi baxımdan özlərini təmizə çıxartmağa çalışırlar.
Bəyanatın sonunda təkid olunub ki, bu cinayətin müxtəlif cəhətlərinə aydınlıq gətirmək və gizli qalmış amilləri üzə çıxartmaq zəruridir. Belə olarsa dünyada digər mütəşəkkil qırğınların baş verməsinin qarşısını almağa kömək etmiş olar. Eyni zamanda hadisə qurbanlarının həyatda qalan yaxınları üçün bir növ təsəlli ola bilər. Və cinayəti törədən amillərdən və onların himayəçilərindən zərərçəkənlərin xeyrinə kompensasiyaların alınmasına kömək edər.
Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır











