6 iyul 2011 - 19:30

AZƏRBAYCANDA “ROMA-KATOLİK KİLSƏSİNİN APOSTOL PREFEKTURASI” DİNİ QURUMU DÖVLƏT QEYDİYYATINA ALINDI

Əhli Beyt -ABNA- xəbər agentliyinin verdiyi xəbərə əsasən: İslamçı təşkilatlrı hər gün bir bəhanə ilə rəsmiyyətdən salmağa çalışan əliyevlər bu dəfə İyulun 7-də Azərbaycanda “Roma-Katolik Kilsəsinin Apostol Prefekturası” dini qurumunu dövlət qeydiyyatına aldılar. Məlumat Dini Qurumlarla İş üzrə Dövlət Komitəsindən verilib.

Bir müddət bundan əvvəl Milli Məclis Vatikan katolik kilsəsinə Azərbaycanda hüquqi status verən sənədi (“Azərbaycan Respublikası və Müqəddəs Taxt-Tac arasında katolik kilsəsinin Azərbaycanda hüquqi statusu haqqında” saziş) təsdiqləmişdi.

Həmin saziş Vatikan katolik kilsəsinə Azərbaycan qanunvericiliyini və sazişin müddəalarını nəzərə alaraq öz dini səlahiyyəti daxilində missiyasını yerinə yetirmək, katolik kilsəsinin qanunlarına uyğun olaraq Azərbaycanda özünü təşkil etmək hüququ verir.

Azərbaycanla Vatikan arasında münasibətlər 1997-ci ildən qurulub.

Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır