5 iyul 2011 - 19:30

May ayının 6-da Təhsil Nazirliyi qarşısında keçirilən "Hicaba azadlıq" aksiyasında saxlanılan dindarların həbs müddəti uzadılıb

Əhli Beyt -ABNA- xəbər agentliyinin verdiyi xəbərə əsasən: May ayının 6-da Təhsil Nazirliyi qarşısında keçirilən "Hicaba azadlıq" aksiyasında saxlanılan dindarların həbs müddəti uzadılıb.

Bu barədə dindarların Vəkili Dilqəm Əhməd verib. Həbs olunanlaradan 5 nəfərin  Araz İsmayılovun, Şirxan Orucovun, Tərlan İsmayılovun, Taleh Ələkbərovun və Elşən Abbasovun həbs müddəti avqust ayının 6-na qədər uzadılıb.

Qeyd edək ki, mayın 6-da, Təhsil Nazirliyinin binası qarşısında keçirilmiş dinc “Hicaba azadlıq” aksiyasına görə görə 15 nəfər həbs olunub. Onlar Cinayət Məcəlləsinin 221.2.2.(ictimai qaydanın qorunması üzrə vəzifəni yerinə yetirən və ya ictimai qaydanın pozulmasının qarşısını alan hakimiyyət nümayəndəsinə və ya digər şəxsə müqavimət göstərməklə xuliqanlıq), 221.3. (silahdan və ya silah qismində istifadə edilən əşyaları tətbiq etməklə xuliqanlıq) və 233-cü (ictimai qaydanın pozulmasına səbəb olan hərəkətləri təşkil etmə və ya bu cür hərəkətlərdə fəal iştirak etmə) maddələri ilə şərlənərək ittiham olunurlar.

Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır