Əhli Beyt -ABNA- xəbər agentliyinin verdiyi xəbərə əsasən: Dindarların işinə Xətai rayon məhkəməsində baxılıb. 7 nəfərin təcridxanada saxlanma müddəti daha bir ay uzadılıb. Digər 8 nəfərin məhkəməsi davam edir.
Xatırladaq ki, “Hicab Azadlıq” aksiyası mayın 6-da Təhsil Nazirliyi qarşısında keçirilib. Aksiya ilə bağlı Bakı Şəhər Prokurorluğunda Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 221.2.2. (ictimai qaydanın qorunması üzrə vəzifəni yerinə yetirən və ya ictimai qaydanın pozulmasının qarşısını alan hakimiyyət nümayəndəsinə və ya digər şəxsə müqavimət göstərməklə xuliqanlıq) və 221.3. (silahdan və ya silah qismində istifadə edilən əşyaları tətbiq etməklə xuliqanlıq) maddələri ilə şərlənərək iş açılıb. İstintaq qrupunun rəhbəri Bakı Şəhər Baş Polis İdarəsinin istintaq və təhqiqat idarəsinin rəisi Nazim İsmayılovdur.
Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır