3 avqust 2011 - 19:30

6 ölü, 16 yaralı

Əhli Beyt -ABNA- xəbər agentliyinin verdiyi xəbərə əsasən: Ölkə ərazisində iki gün ərzində ölüm və xəsarətlə nəticələnən yol qəzaları baş verib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, respublikanın avtomobil yollarında iyulun 2-də 6 yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 5 nəfər ölüb, 5 nəfər isə yaralanıb. İyulun 3-də isə 4 yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 1 nəfər ölüb, 11 nəfər isə yaralanıb.

Belə ki, iyulun 2-də saat 21:00 radələrində Qazax rayonunun Ağköynək kəndi ərazisində, Cəfərli kənd sakini Nabat Vəliyeva "Hyundai Sonata" markalı avtomaşını idarə edərkən onu aşırıb. Xəsarət almış sürücü və sərnişinlər Tural Qurbanov və Gülnar Həsənova xəstəxanaya yerləşdiriliblər. G.Həsənova xəstəxanada ölüb, digərlərinin vəziyyətləri isə qənaətbəxşdir.

Həmin gün Qusar rayonu ərazisində, müəyyən edilməmiş avtomaşınla şəhər sakini Paşa Məmmədov vurulub. P.Məmmədov aldığı xəsarətdən hadisə yerində ölüb. Qusar rayon Polis Şöbəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisənin "Toyota Camry" markalı avtomaşının sürücüsü Mahir Bəkirov tərəfindən törədilməsi müəyyən edilib. O,  avtomaşınla birgə saxlanılıb.

Eyni gündə Qusar rayonunun Ləcət kəndi ərazisində, kənd sakini Natiq Rüstəmov "QAZel" markalı avtomaşını idarə edərkən 2 yaşlı Qurban Şıxzadayevi vurub. Q.Şıxzadayev aldığı xəsarətdən hadisə yerində ölüb.

Günün digər yol qəzası Bakının Xətai rayonu ərazisində olub. Rayon ərazisində, şəhər sakini Aqil İmanov "VAZ-2107" markalı avtomaşını idarə edərkən həmyerlisi Nikolay Martinovu vurub. N.Martinov aldığı xəsarətdən hadisə yerində ölüb.

İyulun 3-də isə Bakının Qaradağ rayonu ərazisində analoji hadisə baş verib. Müəyyən edilməmiş avtomaşınla 40-45 yaşlı kişi vurulub. Hadisə gecə saat 02:00 radlərində Sahil qəsəbəsi ərazisində qeydə alınıb.

Binəqədi rayonu ərazisində isə müəyyən edilməmiş avtomaşınla Bakı şəhər sakini Faiq Həmdizadə vurulub. Xəsarət almış F.Həmdizadəyə xəstəxanada tibbi yardım göstərildikdən sonra buraxılıb.

 

Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır