2 avqust 2011 - 19:30

Orada yüz kiloqramlarla qızıl, brilyant, mirvari var.

Əhli Beyt -ABNA- xəbər agentliyinin verdiyi xəbərə əsasən: Hindistanın cənubunda, Travankor knyazlığının maharacalarına sitayiş olunan qədim məbəddə xəzinə tapılıb.

Qapıları 19-cu əsrdə möhürlənmiş Padmanabhsvami məbədində yüz kiloqramlarla qızıl və gümüş sikkələr, brilyant və mirvari aşkarlanıb.

Alimlərin fikrincə, bu xəzinə Vişnu tanrısına hindusların əsrlər boyu verdikləri nəzirlərdir. Xəzinədə qonşu Maysur knyazlığından tutmuş Venesiya, Avstraliya, Britaniyanın Ots-İndiya şirkətinin pullarınadək müxtəlif sikkələr var.

Məbədin yerləşdiyi Kerala ştatının hakimiyyət dairələri qəflətən "varlanmış" mbəədin mühafizəsini gücləndirib.

Hazırda Padmanabhsvami məbədi zənginlik baxımından Andhra-Pradeş ştatındakı məşhur Venkateşvara məbədi ilə müqayisə oluna bilər.

 

Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır