28 iyul 2011 - 19:30

ölən var

Əhli Beyt -ABNA- xəbər agentliyinin verdiyi xəbərə əsasən: Bakının Nəsimi rayonu ərazisində günün ikinci atışması baş verib. Rayon Prokurorluğundan verilən məlumata görə, keçmiş “Kubinka” ərazisində, Kömürcü bazarının yaxınlığında Eyvaz Həkimov silahla qətlə yetirilib. Hadisə bu gün saat 18:20 radələrində törədilib.

Hadisə yerinə əməliyyat qrupu gedib.

Qanlı hadisə Əbilov, 75 ünvanında baş verib. Qətlin mülk mübahisəsi üstündə törədildiyi bildirilir.

Qətli törədən şəxs silahla birlikdə hadisə yerindən qaçıb. Hazırda meyit, hadisə baş verən yerdədir, ekspert tərəfindən müayinə olunur.

Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır