Əhli Beyt -ABNA- xəbər agentliyinin verdiyi xəbərə əsasən: Yerli-yersiz qonşu dövlətləri Ermənistanla dostluqda suçuqlayan, güya Azərbaycan əleyhinə çalışmada günahlandıran əliyevlər rejimin iç-üzü açıldı. Nəhayət rejimin Qafqaz Müsəlmanları İdarəsi mətbuat xidmətinin rəhbəri Rəhimə Dadaşova deyib: “Qafqaz Müsəlmanları İdarəsinin sədri şeyxülislam Allahşükür Paşazadə MDB Dinlərarası Şurasının həmsədridir, onun bu qurumun bütün tədbirlərində iştirakı zəruridir və prioritet əhəmiyyət kəsb edir. Bu ilin noyabrında Ermənistanda keçirilməsi planlaşdırılan MDB Rəyasət Heyətinin iclasında QMİ sədrinin iştirakına gəlincə, bu məsələ Paşazadə həzrətlərinin qurumun digər həmsədri - Moskva və bütün Rusiya Patriarxı Kiril həzrətləri ilə növbəti görüşü zamanı gündəmə gətirilərək müzakirə ediləcək”.
Rəhimə Dadaşova qeyd edib ki, Rus Pravoslav Kilsəsi (RPK) uzun illər ərzində Qafqaz Müsəlmanları İdarəsi və erməni Apostol Kilsəsinin rəhbərləri arasında görüş və təmasların vasitəçisi olub.
“Bu ənənəni davam etdirən RPK şeyxülislam həzrətlərinin İrəvanda keçiriləcək tədbirdə iştirakını istər MDB məkanında dinlərarası dialoq işinə töhfə baxımından, istərsə də Azərbaycan-Ermənistan dini liderlərinin növbəti görüşü kontekstində məqsədəuyğun sayır və bu yöndə səy göstərir”, - o əlavə edib.
MDB Dinlərarası Şurasının iclasının noyabrın 28-də Yerevanda keçirilməsi nəzərdə tutulur.
Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır